Emil Balayev oynamadı, komandası “Astana” ilə heç-heçəyə razılaşdı

Futbol üzrə Qazaxıstan çempionatında 9-cu turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.

Sözügedən kollektiv səfərdə “Astana” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.

Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Turan” 9 turdan sonra 8 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: