Emil Balayev yenə oynamadı, “Turan” növbəti heç-heçəyə razılaşdı

Futbol üzrə Qazaxıstan çempionatında 6-cı turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti maçtına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ordabası” ilə üz-üzə gəlib. Bu görüşdə hesab açılmayıb – 0:0.

Emil bu görüşün iştirakçısı olmayıb. Qazaxıstana gedəndən bəri zədədən əziyyət çəkən Balayevin adı iştirak ərizəsinə də daxil edilməyib.

“Turan” 6 turdan sonra 3 xalla 14 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: