“Çelsi”nin baş məşqçisi Entso Mareska cari yay transfer pəncərəsində mümkün transferlərlə bağlı sualı cavablayıb.
Arena.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Əgər oyunçularla müqavilə imzalamaq xatirinə onlarla müqavilə imzalasaq, bunu etməməyimiz daha yaxşıdır. Transfer xatirinə transferlərə ehtiyacımız yoxdur. Ancaq oyunçularla, daha yaxşı olmağımıza kömək edəcəkləri üçün müqavilə bağlamaq istəyiriksə, əlbəttə ki, onları imzalayacağıq. Əks halda əlimizdə olan oyunçulardan razıyıq”, deyə “zadəganlar”ın baş məşqçisi bəyan edib.
Xatırladaq ki, geniş heyətin yaranmasına yol açmış “Çelsi”nin transfer siyasəti futbol icitmaiyyəti tərəfindən tənqidlə qarşılanır.
Entso Mareska cari ilin iyulundan “Çelsi”nin sükanı arxasındadır. İtalyan mütəxəssisin “zadəganlar”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Mareskanın rəhbərliyi altında London klubu cəmi bir rəsmi matç keçirib. Premyer Liqanın yeni mövsümünün 1-ci turunda baş tutan “Mançester Siti” ilə oyun “Çelsi”nin məğlubiyyəti ilə yekunlaşıb – 0:2.


