“Çelsi”nin baş məşqçisi, italyan mütəxəssis Entso Mareska “zadəganlar”ın mövsümöncəsi hazırlığını qiymətləndirib.
Arena.az “Çelsi”nin mətbuat xidmətinə istinadən məlumat verir ki, italyan mütəxəssis bu barədə “İnter”lə yoldaşlıq oyunundan (1:1) sonra söhbət açıb:
“Mən çox xoşbəxtəm, çünki komandanın həm topla, həm də topsuz tərəqqi etdiyini görürəm. Bu gün biz yenə altı-yeddi dəqiq imkan yaratdıq. Biz yalnız bir qol vurduq, amma imkanlar yaratmaq vacibdir və şübhəsiz ki, biz daha da çox qol vuracağıq.
Əlbəttə, biz işimizin bariz nəticələrini görürük. Bu komanda zaman keçdikcə daha da yaxşılaşacaq. Biz cəmi bir ay əvvəl işə başlamışıq, ona görə də komandanın yaxşılaşdığını açıq-aydın görürəm.
Mən komandamı hələ tanımıram. Mövsümöncəsi hazırlıq çox çətin və gərgin keçdi, müxtəlif şəhərlərdə çoxlu oyunlar keçirildi. İndi nəhayət adi həftəyə başlayırıq. Sabah istirahətimiz var, ondan sonra növbəti oyuna hazırlaşmağa başlayacağıq”, deyə Entso Mareska bildirib.


