Entso Mareska “Mançester Yunayted”lə heç-heçəni şərh etdi

“Çelsi”nin baş məşqçisi Entso Mareska “Mançester Yunayted”lə Premyer Liqanın 10-cu turu çərçivəsində səfər oyununu (1:1) şərh edib.

Arena.az London klubunun rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Fikrimcə, ümumilikdə biz oyunu yaxşı idarə etdik. Bilirdik ki, onlara qarşı, xüsusən də əks-hücumda, oyunçuların məharəti, Raşford və Qarnaço öndə qaldıqları üçün isə bir neçə fürsətimiz olacaq. Biz bunu bilirdik.

Düşünürəm ki, ən çətin məqamı bu stadionda və bu komandaya qarşı doğrultduq – onlar qol vurandan sonra oyuna qayıtdıq. Geri düşdük, amma geri-dönüşlə də qayıtdıq və bəlkə də hesab 1:1 olduqdan sonra, oyunda qalib gəlmək istədiyimizdən, son beş-on dəqiqədə özümüzü çox açıb-buraxdıq və daha çox qol buraxa bilərdik.

Ümumilikdə, biz məmnunuq. İtaliyada deyirdik ki, qalib gələ bilmirsənsə, uduzmamaq vacibdir. Yekunda oyunda qalib gəlmək üçün əlimizdən gələni etdik. Uğur qazana bilmədik, amma eyni ruhda davam etmək vacibdir”, deyə Entso Mareska bildirib.

10 turdan sonra 18 xal toplamış “Çelsi” yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 12 xalla 13-cü pillədədir. Premyer Liqaya 25 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: