Entso Mareska: “Qışda oyunçu satmaq istəmirik, amma…”

“Çelsi”nin baş məşqçisi Entso Mareska qarşıdan gələn qış transfer pəncərəsi ilə bağlı “zadəganlar”ın planlarından söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz yanvar ayında oyunçularımızı satmaq istəmirik… amma ola bilsin ki, çox oyun vaxtı almayan oyunçular narazı qaldıqları üçün ayrılmaq istəyə bilərlər. Onda isə biz nə olacağını görəcəyik”, deyə Entso Mareska vurğulayıb.

Xatırladaq ki, “Çelsi” mövsümün ilk yarısında sürət yığıb. “Zadəganlar” İngiltərə Premyer Liqasında 16 oyundan 34 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. Mütəxəssislərin rəyincə, sabit çıxış edəcəyi halda “Çelsi” mövsümün ikinci yarısında çempionluğa iddiasını ortaya qoya bilər. Buna rəğmən, Mareska “zadəganlar”ın müvafiq mübarizəyə hələ hazır olmadığı qənaətindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: