Erik ten Haq: “Bu inamı özümüzlə liqaya daşıyıb-aparmalıyıq”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Super Kuboku uğrunda oyunda “Mançester Siti”yə məğlubiyyəti şərh edib.

Arena.az xatırladır ki, “Uembli”də keçirilmiş oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər silsiləsində isə “şəhərlilər” “qırmızı şeytanlar” üzərində 7:6 hesablı qələbə qazanıblar.

“Ağır nəticədir. Oyun düzgün gedəndə, sonra isə uduzanda hamı bunu həssaslıqla qəbul edir. Bu, qarında ağrı hissinə bənzər. Siz ağrı hiss etməlisiniz və bu, bizim üçün çətin olmalıdır. Bu inamı özümüzlə liqaya daşıyıb-aparmalıyıq.

“Mançester Siti” ilə bərabər səviyyədə olmağı bacardıq. Markus Raşford isə meydanda yüksək xətdə oynayırdı və yaxşı müdafiə olunurdu. İmkanlar yaratdıq, təzyiq göstərdik və topa sahib olduğumuz zaman çox yaxşı imknalarımız oldu. Ona görə də qeyd edə biləcəyimiz çoxlu müsbət cəhətlər var”, – BBC niderlandlı mütəxəssisdən sitat gətirir.

Qalibiyyət nəticəsində “Mançester Siti” 7-ci dəfə İngiltərə Super Kubokunu muzeyinə aparıb. “Mançester Yunayted”in isə 21 qalibiyyəti var və bu nəticə mütləq rekorddur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: