Erik ten Haq: “Futbol sənayesi nəticə tələb edir, amma mən…”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq müasir futbol sənayesinin vəziyyəti ilə bağlı fikirlərini paylaşıb.

Arena.az məlumat verir ki, niderlandlı mütəxəssis britaniyalı jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Bu biznes və bu sahə nəticələrlə bağlıdır. Bir çox insanlar yalnız nəticələri görürlər, amma onların arxasında nəyin dayandığına diqqət yetirmək vacibdir. Onların arxasında nə olduğunu görürəm. Mən imkan görürəm, inkişaf görürəm. Ona görə də mən getmək istədiyimiz yolda əminəm və biz uğur qazanacağıq”, deyə Ten Haq əminliklə vurğulayıb.

Yeri gəlmişkən, “qırmızı şeytanlar” Premyer Liqanın 33-cü turu çərçivəsində qarşılaşdıqları “Bornmut”la oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıblar. Oyundan sonra niderlandlı mütəxəssis komandasının nümayiş etdirdiyi hazırkı oyun səviyyəsindən danışıb:

“Azarkeşlərimizə səbr lazımdırmı? Bu, onların işidir, amma həqiqətdir. Qarşılaşdığımız bütün çətinliklərə rəğmən, hazırda öz səviyyəmizdə oynayırıq.

Hər kəs ən yaxşı vəziyyətdə olanda biz çox yaxşı və həqiqətən öz səviyyəmizdə oynaya bilərik, amma tam 90 dəqiqə belə çıxış etməliyik”, – deyə Erik ten Haq bildirib.

Hazırda “Mançester Yunayted” 32 oyundan 50 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: