Erik ten Haq “Kopenhagen”ə məğlubiyyətini şərh etdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının 4-cü turunda “Kopenhagen”ə məğlubiyyətini (3:4) şərh edib.

Arena.az BBC-yə istinadən holland mütəxəssisinn bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, qırmızı vərəqə alana qədər biz çox yaxşı oynadıq. Qırmızı vərəqə hər şeyi dəyişdi. Sonra oyun fərqli oldu. Digər oyunlarda da əleyhimizə bir çox qərarlarla üzləşməli olmuşuq. Bu, elə, belədir. Amma mövsüm uzundur. Nə vaxtsa bu, bizim xeyrimizə olacaq. Fasilədən sonra daha yaxşı idi, amma iki qol sayılmamalıdır. Mən çox müsbət şeylər gördüm, amma əvvəl-axır biz diqqətimizi itiririk.

10 oyunçu ilə bu qədər uzun müddət oynamaq çətindir. Gördüyüm ən yaxşı 20 dəqiqə idi. Üstəlik, 10 dəqiqə ərzində hələ də oyuna nəzarət bizdə idi. Bu, çox məyusedicidir. Çox mübarizə apardıq və çox yaxşı oynadıq. Bununla belə, bizim bircə xalımız olmadı”, deyə Erik ten Haq bildirib.

Məğlubiyyət “Mançester Yunayted”i “A” qrupunun autsayderinə çevirib, “qırmızı şeytanlar”ın 3 xalı var. Qələbə sayəsində “Kopenhagen” 4 xalla 2-ci pilləyə yüksəlib. Eyni miqadarda xal toplamış “Qalatasaray” 3-cü pillədirir. Qrupun lideri isə 12 xala malik Münhen “Bayern”idir.

Növbəti, 5-ci tur çərçivəsində noyabarın 29-da “Mançester Yunayted”i “Qalatasaray”a qarşı çətin İstanbul səfəri gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: