“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 32-ci turunda “Liverpul”la ev oyunu (2:2) haqda şərh verib.
Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Özünüz gördünüz ki, “Liverpul” üzərimizdə üstünlük saxlayıb və bizi məsxərəyə qoyurdu, amma biz oyuna qayıtdıq və qalan vaxta ərzində oyunda qaldıq. Əsas məqamlarda təkbətək mübarizələri uduzsaq da, dözümlülük nümayiş etdirdik, həm topla, həm də topsuz oynamaqda məharət göstərdik, mütəşəkkil və birgə oynamağı bacardıq.
Əsas təkbətək mübarizələrdə uduzduğumuz birinci hissədə möhkəmlik xüsusilə gərək idi. Gənc futbolçularımız bəzən karıxmış görünsələr də, ikinci hissədə artırdılar və gördünüz ki, biz özümüzə və qələbəmizin mümkünlüyünə inandıq.
Çox qarışıq duyğulardır. Bir tərəfdən, bir həftə ərzində yeddi xal itirdiyim üçün məyus oldum – buna görə yalnız özümüz təqsirkarıq. Digər tərəfdən, komanda ilə fəxr edirəm. Görürsünüz ki, biz necə irəliləyirik, komandamızın böyük imkanı var. Mən fəxr edirəm. Yarış cədvəli? Mübarizəmizi davam etdiririk və dərs almalıyıq”, deyə Erik ten Haq fikrini tamamlayıb.
Premyer Liqada keçirdiyi 31 oyundan sonra “Mançester Yunayted” 49 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Liverpul” isə liderliyini əldən verib. Hazırda “Liverpul” 31 oyundan 71 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Qırmızılar” lider “Arsenal”la eyni miqdarda xal toplasalar da, şəxsi nəticəyə görə “topçular”dan geri qalırlar.


