Erik ten Haq: “Məyusam, iki gərəksiz qol buraxdıq”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 2-ci turunda “Brayton”a səfər məğlubiyyətini (1:2) şərh edib.

Arena.az məlumat verir ki, bu, “qağayılar”ın İngiltərə Premyer Liqasında “qırmızı şeytanlar” üzərində son 6 oyunda 5-ci qələbəsidir.

“Mən məyusam, çünki heç olmasa heç-heçə etməliydik. Biz də qalib gələ bilərdik, amma günün sonunda xalımız yoxdur. Bu, məyusedicidir, çünki hər şey çox fərqli ola bilərdi. Biz iki gərəksiz qol buraxdıq, onlardan tamamilə qaçmaq olardı”, – “Mançester Yunayted”in mətbuat xidməti niderlandlı mütəxəssisdən sitat gətirir.

2 turdan sonra “Mançester Yunayted” 3 xalla Premyer Liqasının yarış cədvəlində 10-cu, “Brayton” isə 6 xalla 2-ci pillədə qərarlaşıb. Premyer Liqanın zirvəsində 6 xalla “Mançester Siti” yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: