Erik ten Haq “Mançester Yunayted”in yeni sahiblərinə dair danışdı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə nəhənginin yeni sahibləri ilə münasibəti haqda sualı cavablayıb.

Arena.az “Manchester Evening News” dərgisinə istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Təqvim o qədər sıxdır ki, hələ yeni sahiblərlə danışmağa vaxtım olmayıb, amma bu, mütləq baş verəcək.

“Mançester Yunayted” liderin kim olmasından asılı olmayaraq, həmişə qalib gəlmək istəyir. Biz qalib gəlmək üçün təyin edilmişik, liderin kim olmasından, sahibinin kimliyindən asılı olmayaraq, bizim qalib gəlmə mədəniyyətinə ehtiyacımız var”, deyə Erik ten Haq bildirib.

Hazırda “Mançester Yunayted” Premyer Liqanın 19 turundan sonra 31 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Vurğulayaq ki, Ten Haqın yetirmələri Çempionlar Liqasında uğursuz çıxış edərək, qrup sonuncusu olublar və cari mövsümdə avrokuboklarla vidalaşıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: