Erik ten Haq mümkün istefası haqda: “Bu, məni narahat etmir”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 17-ci turunda “Liverpul”la oyundan sonra aqibəti haqda sualı cavablayıb.

Arena.az “Mirror” dərgisinə istinadən məlumat verir ki, söhbət son vaxtlar “qırmızı şeytanlar”ın biabırçı nəticələri mənzərəsində holland mütəxəssisin “Liverpul”la qarşıdakı oyundan sonra mümkün istefaya göndərilməsindən gedir:

“Bu, məni narahat etmir. Qazanmaq istəyirəm, komandamla qalib gəlmək, komandanı düzgün istiqamətə aparmaq istəyirəm. Ötən mövsüm biz düzgün istiqamətdə gedirdik. Bu mövsüm gözlədiyimiz ölçülərə çatmadıq. Bu, doğrudur. Uğursuz olduq”, deyə Ten Haq etiraf edib.

Əvvəllər bildirilirdi ki, Erik ten Haq “Mançester Yunayted”dən ayrılsa, Almaniya futbolunun nəhənglərindən birini çalışdıracaq. “Qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsinə isə “Çelsi”nin keçmiş çalışdırıcısı Qrem Potter gətiriləcək.

“Liverpul” – “Mançester Yunayted” oyunu bu gün – dekabrın 17-də, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: