Erik Ten Haq MY-nin ÇL-i tərk etməsinə münasibət bildirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının Çempionlar Liqasında evdə “Bayern”ə məğlubiyyətini (0:1) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz Çempionlar Liqasını bu gün əldən vermədik, bu açıq-aydındır. Yaxşı oyunlarımız oldu, amma bu, kifayət etmədi. Düşünürəm ki, “Bayern”ə qarşı çox yaxşı oynadıq və uduzmağa layiq deyildik, amma yenə də oyunu uduzduq.

Oyunun müdafiədə təşkili baxımından çox yaxşı çıxış etdik və pressinqdə əla iş gördük. Güclü rəqibə qarşı oynadıq. “Bayern” oyundan düşsə belə, onların bir imkan yaratmaq üçün kifayət qədər fərdi səviyyəsi var. Təəssüf ki, belə oldu”, deyə Erik Ten Haq bildirib.

Xatırladaq ki, dekabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin sonuncu, 6-cı turu çərçivəsində “Bayern”i qəbul etmiş “qırmızı şeytanlar” 0:1 hesabı ilə məğlub olaraq, yarışda mübarizəni dayandırıblar.

“Bayern” “A” qrupunu 16 xalla 1-ci, “Kopenhagen” 8 xalla 2-ci yerdə tamamlayıb. “Qalatasaray” 5 xalla Avropa Liqasında yollanıb. “Mançester Yunayted” isə 4 xalla evdə göz yaşlarına boğulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: