Erik Ten Haq Premyer Liqanın noyabr ayı üçün ən yaxşı məşqçisidir

“Mançester Yunayted”in baş məşqçisi, holland mütəxəssis Erik ten Haq noyabr ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə Premyer Liqanın rəsmi saytına istinadən məlumat verir.

Xatırladaq ki, ötən ay Ten Haqın “qırımızı şeytanlar”ı “Fulhem” və “Luton”u eyni hesabla məğlub etmişdilər – 1:0, həmçinin “Everton” üzərində böyükhesablı qələbə qazanmışdılar – 3:0.

15 turdan sonra “Mançester Yunayted” 27 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Premyer Liqaya 36 xalla “Arsenal” başçılıq edir.

Holland mütəxəssis bu nailiyyətinə dair açıqlama verib:

“Hamı mənə deyirdi ki, sən bu işin öhdəsindən gəlməyəcəksən. Dedilər ki, mümkün deyil. Bəs mən? Mən meydan oxumaq istəyirdim. Bunun asan olmayacağını bilirdim, amma bu, böyük azarkeş bazası olan böyük klubdur”, – “UtdPlug” dərgisi Ten Haqdan sitat gətirir.

Erik ten Haq “Mançester Yunayted”in 2022-ci ilin iyulundan çalışdırır. 53 yaşlı mütəxəssisin “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Geridə qalmış 2022/2023 mövsümündə Ten Haq “Mançester Yunayted”ə İngiltərə Liqa Kubokunu qazandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: