“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 27-ci turunda baş tutacaq Mançester derbisi haqda danışıb.
Arena.az məlumat verir ki, “şəhərlilər” bu gün, Bakı vaxtı ilə 19:30-da “Mançester Yunayted”i qonaq edəcəklər.
“Daha yüksək səviyyəyə çatmaq istəyirsinizsə, daha uğurlu rəqiblərdən öyrənməlisiniz. Ancaq eyni zamanda, biz bunu yalnız “Mançester Yunayted”in bacardığı şəkildə etməliyik. Biz fərqli bir klubuq, fərqli mühit və DNT-yə malikik”, – Erik ten Haq bildirib.
Xatırladaq ki, birinci dövrədə keçirilmiş ilk oyunda “Mançester Siti” “qırmızı şeytanlar”ı “Old Trafford”da 3:0 hesabı ilə məğlub etmişdi.
Hər iki komanda üçün derbidə qələbə vacib əhəmiyyət kəsb edir. Belə ki, büdrəyəcəyi halda “Mançester Siti” Premyer Liqanın lideri “Liverpul”un daha da aralanması üçün “qırmızılar” əla fürsət verə bilər. “Mançester Yunayted” isə Çempionlar Liqasına vəsiqə verən ilk dördlükdən geri qalmamaq üçün bütün varlığı ilə mübarizə aparmağa məhkumdur.
26 oyundan 59 xalla “şəhərlilər” yarış cədvəlində 2-ci, “qırmızı şeytanlar” isə 44 xalla 6-cı pillədə qərarlaşıblar. Premyer Liqaya 27 oyundan 63 xalla “Liverpul” başçılıq edir.