Erik ten Haq: “Sonda olduqca sadəlövh davrandıq”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 22-ci turunda “Vulverhempton”la oyunda qələbəsini (4:3) şərh edib.

Arena.az BBC-yə istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, möhtəşəm qələbədir. Amma bu oyunda çoxlu xüsuslar var. Ancaq əvvəlcə, müsbət cəhətləri götürək. Düşünürəm ki, biz çox yaxşı oynadıq və bir saat ərzində oyunu diktə etdik. 3:0 və ya 4:0 öndə olmalıydıq. Sonda olduqca sadəlövh davrandıq. Qolları buraxdığımız məqamlar baş verməməli idi, amma sonra mətinlik nümayiş etdirdik”, deyə Erik Ten Haq bildirib.

Hazırda “Mançester Yunayted” 35 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. “Vulverhempton” 29 xalla 11-ci pillədədir. Yarış cədvəlinə 51 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: