Erik ten MY-nin “Rusenborq”a məğlubiyyətini şərh etdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq mövsümöncəsi hazırlıq mərhələsinin ilk oyununda “Rusenborq”a məğlubiyyəti şərh edib.

Arena.az xatırladır ki, dünən, iyulun 15-də “Mançester Yunayted” Norveçin Tronheym şəhərində keçirilmiş yoldaşlıq oyununun 90+3-cü dəqiqədə qol buraxaraq, “Rusenborq”a məğlub olub.

“Nəticə ikinci dərəcəli deyil. Əlbəttə, biz mövsümöncəsi məşq edirik, amma “Mançester Yunayted”də ölçü odur ki: oyunlarda qalib gəlirsən və mütləq məğlub olmursan. Ona görə də, qalib gələ bilmirsinizsə, oyunun son saniyəsində etdiyimiz kimi, oyunu uduzmayın. Amma əlbəttə, ən önəmlisi komandanın çıxışı idi və o ölçülərdən aşağı idi.

Pis olan hər şeydən danışa bilərik, amma mən belə adam deyiləm. Mən çox şey görmüşəm, bu isə yüksək futbol səviyyəsi deyil. Yüksək səviyyəli futbolda daha yüksək ölçülərə nail olmaq gərəkdir, bu, hər bir insandan başlayır, idmani formada olduğunuzdan əmin olun”, – “The Telegraph” nəşri niderlandlı mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, iyulun əvvəlində İngiltərə nəhəngi Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzadıb. Niderlandlı mütəxəssis ilk növbədə komandanın məşqçilər qərargahını təkmilləşdirməklə işə başlayıb: “qırmızı şeytanlar”ın düşərgəsinə niderlandlı mütəxəssislər – Rud van Nistelroy və Rene Hake qoşulublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: