Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Qaziantep” – “Konyaspor” matçının əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləndiyi üçün yenə qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə “Qaziantep” sevinən tərəf olub.
Sonuncu matç “Fənərbaxça” ilə “Rizəspor” arasında baş tutub. Üç qolun qeydə alındığı bu oyunda da meydan sahibləri qələbə qazanıblar.
Xatırladaq ki, Türkiyə kubokunda 1/8 final mərhələsinin qalibləri bir oyuna əsasən müəyyənləşib. Bu mərhələdə VAR sistemindən də istifadə edilib.
Daha öncə “Sivasspor”, “Kayserispor”, “Qalatasaray”, “Başakşəhər”, “Ankaragücü” və “Trabzonspor” da 1/4 finala vəsiqə qazanmışdılar.
Türkiyə kuboku
1/8 final
17 yanvar
Sivasspor – Karacabəy Bələdiyyəspor 3:0
Qol: H.Arslan, 38; 73. Njie, 83.
Antalyaspor – Kayserispor 0:2
Qol: M.Kadrozo, 105. E.Balçı, 120.
Alanyaspor – Qalatasaray 1:2
Qol: Kavalyero, 67 – Nelsson, 16; Mertens, 38.
18 yanvar
Fatih Karagümrük – Başakşəhər 2:2 (penaltilər 3:5)
Qol: Diane, 68. Frey, 115 – L.Mercan, 71. D.Türüç, 120+1.
Ankaragücü – Beşiktaş 1:1 (penaltilər 4:3)
Qol: Sou, 12 – C.Tosun, 77.
Ümraniyəspor – Trabzonspor 1:4
Qol: U.Nayir, 12 – V.Huqo, 90+3. Y.Yazıcı, 104; 111. M.Qomes, 114.
19 yanvar
Qaziantep – Konyaspor 1:1 (penaltilər 7:6)
Qol: Eskihellaç, 108 – M.Diuf, 120+4.
Fənərbaxça – Rizəspor 2:1
Qol: Zayç, 12. Valensiya, 89 – S.Osmanoğlu, 26.


