Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsinin Gürcüstan – Kipr oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, C liqasının 1-ci qrupunun matçında azərbaycanlı referi Fəridə Lütfəliyeva baş hakim olacaq. Ona yan xətt hakimləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, Tiflisdəki “Mixeil Mesxi 2” stadionunda təşkil olunacaq görüş iyunun 4-də keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


