Fabio Kapello da Xviça Kvaratsxeliyadan danışdı

Fabio KapelloNapoli”nin hücumçusu Xviça Kvaratsxeliyanın A Seriyasında mövsümün ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib.

Arena.az xəbər verir ki, məşhur italyan məşqçi gürcü futbolçu haqqında fikrini qısaca və razılıqla ifadə edib:

“Seçimlə razıyam! Xviça A Seriyasının ən yaxşı oyunçusu adına tamamilə layiqdir”.

Xatırladaq ki, reytinq “Stats Perform” genişləndirilmiş təhlil bazasının tətbiqi ilə “Hawk-Eye” sistemi tərəfindən qeydə alınmış izləmə məlumatlarına əsaslanır. Reytinq sistemi oyunçuların nəinki statistik məlumatlarını və texniki-taktiki fəaliyyətini, həmçinin mövqe məlumatlarını da nəzərə alır. Bu, topsuz hərəkət, mövqe seçimi, komandanın texniki və fiziki səmərəliliyinə töhfə kimi mühüm məqamları təhlil etməyə imkan verir ki, bu da nəticəni obyektiv və keyfiyyətli qiymətləndirməkdə əsas amillərdir.

Cari mövsümdə Kvaratsxeliya “Napoli”nin heyətində 42 oyun keçirib, 14 qol vurub və 17 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” intetnet-portalı gürcü futbolçunu 85 milyon avro məbləğində qiymətləndirir.