“Fatih Karagümrük” Andrea Pirloya əmanət!

Türkiyənin “Fatih Karagümrük” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Andrea Pirlo çalışdıracaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, “Adana Dəmirspor” komandasını son olaraq Volkan Dəmirəl çalışdırıb. Lakin o, geridə qalan mövsüm bitən kimi bu klubla yollarını ayırmışdı.

Andrea Pirlonun sonuncu iş yeri isə 2020/21 mövsümündə rəhbərlik etdiyi “Yuventus” olub. O, həmin mövsümdə Turin təmsilçisinə İtaliya kubokunu və İtaliya Super Kubokunu qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: