“Fatih Karagümrük” yeni hücumçu transfer etdi

Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı hücumçu Ahmed Musanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Musa “Fatih Karagümrük” ilə 2 illik müqavilə imzalanıb.

Nigeriya milli komandasının da üzvü olan Musa, karyerası ərzində “Kano Pillars”, Niderlandın “Venlo”, Rusiyanın ÇSKA və İngiltərənin “Lester Siti” klublarında çıxış edib. Musanın son ünvanı Nigeriyanın “Kano Pillar” klubu olub.

28 yaşlı futbolçu Nigeriya yığmasında keçirdiyi 87 oyunda 15 qol vurub.