Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
Premyer Liqa təmsilçisi “Sauthempton” aşağı liqa klubu “Qrimsbi”yə uduzaraq mübarizəni dayandırıb. “Tottenhem” də “Şeffild Yunayted”lə mübarizədən məğlub ayrılıb. “Bernli” “Flitbud”u, “Mançester Yunayted” “Vest Hem”i mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, daha öncə “Blekbern”, “Brayton”, “Fulhem” və “Mançester Siti” də 1/4 finala vəsiqə qazanmışdı.
İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin oyunları martın 18-də keçiriləcək.
İngiltərə Federasiya Kuboku
1/8 final
28 fevral
Stok Siti – Brayton 0:1
Qol: Ferquson, 30.
Lester Siti – Blekbern 1:2
Qol: İheanaço, 67 – Dolan, 33. Şmodiç, 52.
Fulhem – Lids 2:0
Qol: Palinya, 21. Solomon, 56.
Bristol Siti – Mançester Siti 0:3
Qol: Foden, 7; 74. De Bruyne, 81.
1 mart
Sauthempton – Qrimsbi 1:2
Qol: Çaleta-Çar, 65 – Holohan, 45+1-pen; 50-pen.
Bernli – Flitbud 1:0
Qol: Roberts, 90.
Mançester Yunayted – Vest Hem 3:1
Qol: Agerd, 77-öz qapısına. Qarnaço, 90. Fred, 90+5 – Benrahma, 54.
Şeffild Yunayted – Tottenhem 1:0
Qol: Ndiaye, 79.


