Federasiya Kubokunda finalın adı – Mançester derbisi!

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

“Mançester Yunayted” səfərdə “Koventri Siti” ilə qarşılaşıb. İlk hissədə iki qol vuran Premyer Liqa nəhəngi 58-ci dəqiqədə hesabı 3:0 edib. Amma ruhdan düşməyən aşağı liqa təmsilçisi qalan dəqiqələrdə özündə güc taparaq ümumi hesabı bərabərləşdirməyi bacarıb – 3:3. Bu üzdən oyun əlavə vaxta gedib. Amma əlavə yarım saatda tərəflər üstünlük qazana bilməyiblər. Belədə qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Mançester Yunayted” çətinliklə də olsa, finala yüksəlib.

Xatırladaq ki, ötən gün “Mançester Siti” də “Çelsi” ilə qarşılaşmadan çətin qələbə ilə ayrılaraq həlledici oyuna vəsiqə qazanmışdı.

Beləliklə, İngiltərə Federasiya Kubokunda Mançester derbisi baş tutacaq. Final matçı mayın 25-də keçiriləcək.

İngiltərə Federasiya Kuboku
Yarımfinal
20 aprel

Mançester Siti – Çelsi 1:0
Qol: B.Silva, 84.

21 aprel

Koventri Siti – Mançester Yunayted 3:3 (penaltilər 2:4)
Qollar: Simms, 71. Ohare, 79. Rayt, 90+5 – Maktominey, 23. Maquayr, 45+1. B.Fernandes, 58.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: