İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisi Fernandinyo ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.
36 yaşlı futbolçu ilə yeni müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Fernandinyo 2013-cü ildən “Mançester Siti”də çıxış edir. Braziliyalı futbolçu bu müddət ərzində “şəhərlilər”in heyətində 350 oyuna çıxıb, 24 qola imza atıb. O, Mançester təmsilçisinin heyətində 12 titul qazanıb.
Braziliya millisinin sabiq üzvü vaxtil Donetsk “Şaxtyor”unda və “Atletiko Paranaense”də də çıxış edib.


