FIFA daxili liqa oyunlarının xaricdə keçirilməsi imkanlarını araşdır

FIFA daxili liqa oyunlarının xaricdə keçirilməsi imkanlarını araşdırmaq məqsədilə müvafiq fəaliyyətinə başlayıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, FIFA hazırkı Beynəlxalq oyun nizamnaməsini nəzərdən keçirmək məqsədilə işçi dəstənin yaradılması mərhələsindədir.

Mənbənin məlumatına görə, hazırda 10-15 nəfərdən ibarət işçi dəstə yaradılır. Onun məqsədi bu nizamnaməyə mümkün dəyişikliklərlə bağlı əlavə məlumat toplamaqdır. Bu işi yerinə yetirdikdən sonra işçi dəstə dünyanın ali futbol qurumuna müvafiq tövsiyələr təqdim etməlidir.

Vurğulanır ki, oxşar şəkildə FIFA yaxın vaxtlarda ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, Afrika, Cənubi Amerika və Avstraliyada Avropa çempionatı oyunlarının keçirilməsinə icazə verəcək hüquqi baza axtarır.

Xəbəri sosial şəbəkələrdə paylaş: