FIFA prezidenti Bobbi Çarltonun ölümünə görə başsağlığı verdi

FIFA prezidenti Canni İnfantino İngiltərə yığmasının və “Mançester Yunayted”in əfsanəsi Bobbi Çarltonun vəfatı ilə bağlı başsağlığı verib.

Arena.az məlumat verir ki, İnfantino bu barədə sosial şəbəkə üzərindən yazı dərc edib:

“FIFA və böyük futbol ailəsi adından mən Ser Bobbi Çarltonun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Biz İngiltərənin 1966 Dünya Kubokunun qaliblərindən birinin və oyuna təsiri nəsilləri əhatə edən futbol əfsanəsinin itkisinə görə yas tuturuq. Düşüncələrimiz və dualarımız ona yaxın olan hər kəs, keçmiş komanda yoldaşları, İngiltərə Futbol Assosiasiyası (The FA) və “Mançester Yunayted ilədir. Ruhun şad olsun”, – FIFA prezidenti yazıb.

Ser Bobbi Çarlton İngiltərə futbol tarixinin ən yaxşı futbolçularından biri hesab edilir. Çarlton İngiltərə yığması ilə 1966-cı il dünya çempionatının, 1968-ci ildə “Mançester Yunayted”lə Çempionlar Kubokunun qalibi olub. Həmçinin əfsanəvi ingilis futbolçu 1966-cı il mövsümü “Qızıl top” mükafatının qalibidir. Çarlton 1958-ci ildə “Mançester Yunayted” futbolçularının və məşqçi heyətinin ölümü ilə nəticələnmiş Münhen aviaqəzasından sağ çıxanlardan biri idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: