FIFA qərar verdi: “DÇ-2034 Səudiyyə Ərəbistanında baş tutacaq”

FIFA prezidenti Canni İnfantino sosial şəbəkələrdə 2034 Dünya Kubokunun final mərhələsinin Səudiyyə Ərəbistanında baş tutacağını bildirib.

Arena.az məlumat verir ki, İnfantino bu xüsusda deyib:

“Futbol dünyanı heç bir idman növünün edə bilmədiyi kimi birləşdirir və Dünya Kuboku birlik və ehtiva ismarışının mükəmməl nümayişidir”.

Bundan əvvəl məlum olmuşdu ki, Avstraliya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün ərizəsindən imtina edib. Beləliklə, Səudiyyə Ərəbistanı yeganə iddiaçı kimi mövqeyini möhkəmləndirmiş olub.

Xatırladaq ki, DÇ-2026 3 ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika. Yüzillik yubiley – 2030-cu il dünya çempionatının ilk 3 oyunu Uruqvay, Paraqvay və Argentinada keçiriləcək. Qalan oyunlar İspaniya, Portuqaliya və Mərakeşdə baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: