“Qarabağ” yarımmüdafiəçisi Filip Ozobiç ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2 ildir.
Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışır. 30 yaşlı futbolçu ondan öncə iki il “Qəbələ”nin də formasını geyinib.
“Qarabağ” Ozobiçdən öncə Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov, Rahil Məmmədov, Toral Bayramov, Şahruddin Məhəmmədəliyev və Musa Qurbanlı ilə də yeni müqavilə imzalayıb.


