Flik “Barselona”da ilk məğlubiyyətini şərh etdi

“Barselona”nın baş məşqçisi, alman mütəxəssis Hansi Flik “blauqrana”nın sükanı arxasında ilk məğlubiyyətinə aydınlıq gətirib.

Arena.az xatırladır ki, İspaniya nəhəngi UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turu çərçivəsində səfərdə “Monako”ya 1:2 hesabı ilə məğlub olub.

Əlavə edək ki, oyundan əvvəl Flik “Barselona”nın Çempionlar Liqasını qazanmağa qadir olduğuna dair iddialı açıqlaması ilə diqqət çəkmişdi.

“Bizim bir neçə fürsətimiz oldu, oyunun sonunda isə müdafiədə yığcam qalmağa çalışdıq. Amma indi, məğlubiyyəti qəbul etməliyik. Komandama dedim ki, başı dik tutmaq gərəkdir. Bazar günü bizi daha bir oyun gözləyir. “Barselona” Çempionlar Liqasında hələ də yaxşı çıxış edə bilər, çünki qarşıda yeddi oyunumuz var. Məqsədlərimizə çatacağıq”, deyə Flik vurğulayıb.

1-ci turdan sonra “Monako” ümumi mərhələnin yarış cədvəlində 3 xalla 13-cü pillədə qərarlaşıb. Xalsız “Barselona” isə 23-cü pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: