Flik “Real”a bir mövsümdə 4 dəfə qalib gəlmələrindən danışdı

“Barselona”nın baş məşqçisi Hansi Flik cari mövsümdə “blauqrana”nın əzəli rəqibi “Real”ı dörd dəfə məğlub etməsini şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən azarkeşlər və kluba görə, “Real”la bu dörd oyunu necə keçirdiyimizə, son oyunda necə əzmkar qələbə qazandığımıza görə çox şadam. Bu, əla idi. Onlar meydanın bizə aid hissəsində topa 24 dəqiqə ərzində toxuna bilməmişdilər, bütün bunlar bizim quruluşumuz sayəsində gerçəkləşdi. Bu, fantastik idi, biz fəxr edə bilərik.

Mən xoşbəxtəm, çünki bilirəm ki, bu, azarkeşlər üçün vacibdir. Özü də yox, mən kitab-filan yazmaq fikrində deyiləm. Mən birini artıq, yazmışam, bu, mənə kifayətdir. Mənim bütün güc-qüvvəm “Barselona”ya yönəlib. Mənə, bu klubda işləmək xoşdur. Mən öz komandam üzərində köklənmişəm və digərləri haqda düşünmürəm”, deyə Flik vurğulayıb.

Xatırladaq ki, Hansi Flikin “Barselona”sı “Real”ı İspaniya Super Kubokunun finalında (5:2), İspaniya Kral Kubokunun finalında (3:2) və iki dəfə də İspaniya La Liqasında (səfərdə 4:0; evdə 4:3) məğlub edib.

35 oyundan 82 xalla “Barselona” La Liqanın yarış cədəvlinə başçılıq edir. “Real” isə 36 oyundan 78 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: