“Fortuna” Almaniya kubokunda ilk yarımfinalçı oldu

Bu gün futbol üzrə Almaniya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Sankt-Pauli” doğma meydanda Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Qalibi müəyyənləşdirmək üçün əlavə yarım saata ehtiyac duyulub və komandalar bu müddət ərzində hərəyə daha bir qol vurublar. Yekunda penalti seriyasına müraciət olunub. 11 metrlik zərbələrdə daha dəqiq olan “Fortuna” ilk yarımfinalçıya çevrilib.

Almaniya Kubokunda 1/4 final mərhələsinə fevralın 7-də yekun vurulacaq.

Almaniya Kuboku
1/4 final
30 yanvar

Sankt-Pauli – Fortuna (Düsseldorf) 2:2 (penaltilər 3:4)
Qollar: Hartel, 60-pen. Buxalfa, 120+1 – Vermey, 38-pen. Tanaka, 99.

31 yanvar

23:45. Herta – Kayzerslautern

6 fevral

23:45. Bayer – Ştutqart

7 fevral

23:45. Saarbrüken – Borussiya (Mönxenqladbax)

Xəbəri sosial şəbəkələrdə paylaş: