Fransa çempionatı: PSJ-dən əzmkar qələbə

Futbol üzrə Fransa çempionatında 15-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Monako” – “Strasburq” matçında qalib müəyyənləşməyib. “Bordo” evdə “Brest”ə, “Loryan” isə “Renn”ə uduzub. “Reyms” də “Klermon”la ev oyunundan qalib ayrılıb.

Lider PSJ səfərdə “Sent-Etyen”in müqavimətini qırmağa çalışıb. Hesabı meydan sahibləri açıblar. Amma Paris təmsilçisi qalan dəqiqələrdə 3 qol vurmaqla əzmkar qələbə qazanıb.

Lion “Olimpik”i “Monpelye”ni sınağa çəkib və minimal hesabla qalib gəlib.

Tura “Olimpik” (Marsel) – “Trua” matçıyla yekun vurulub. Bu oyunda isə meydan sahibləri minimal hesabla üstün olublar.

Fransa Liqa 1
15-ci tur
26 noyabr

Lans – Anje 2:2
Qol: Kakuta, 48. Sotoka, 55 – Bufal, 40. Tomas, 70.

27 noyabr

Lill – Nant 1:1
Qol: B.Yılmaz, 9 – Blas, 24.

Nitsa – Mets 0:1
Qol: Kentonze, 31.

28 noyabr

Sent-Etyen – PSJ 1:3
Qol: Buanqa, 23 – Markinyos, 45+1; 90+1. Di Mariya, 79.

Bordo – Brest 1:2
Qol: Qreqersen, 43 – Le Duaron, 60; 66.

Loryan – Renn 0:2
Qol: Labord, 75. Doku, 78.

Monako – Strasburq 1:1
Qol: Ben Yedder, 45+1-pen – Ayorke, 48-pen.

Reyms – Klermon 1:0
Qol: Kanon, 90+1.

Monpelye – Olimpik (Lion) 0:1
Qol: Paketa, 17.

Olimpik (Marsel) – Trua 1:0
Qol: Lirola, 74.

Xəbəri sosial şəbəkələrdə paylaş: