Fransa kubokunda ilk finalçı “Nant” oldu!

Futbol üzrə Fransa kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Nant” doğma meydanda Lion “Olimpik”i ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. İkinci hissədə hesabı açan meydan sahibləri bu üstünlüyü sonadək qoruyaraq ilk finalçıya çevriliblər.

Fransa kubokunda digər finalçının adına sabah keçiriləcək “Ansi” – “Tuluza” matçında aydınlıq gələcək.

Fransa kuboku
Yarımfinal
5 aprel

Nant – Olimpik (Lion) 1:0
Qol: Blas, 57.

6 aprel

22:45. Ansi – Tuluza

Xəbəri sosial şəbəkələrdə paylaş: