Bu gün futbol üzrə Fransa Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Yarımfinala ilk vəsiqənin sahibi “Olimpik” (Lion) – “Strasburq” matçında müəyyənləşib. Qarşılaşmanın əsas vaxtı qolsuz yekunlaşıb. Reqlamentə əsasən, qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Lion “Olimpik”i ilk yarımfinalçı olub.
Fransa Kubokunda digər yarımfinalçılardan ikisi bu həftə, sonuncusu isə martın 13-də müəyyənləşəcək.
Fransa Kuboku
1/4 final
27 fevral
Olimpik (Lion) – Strasburq 0:0 (penaltilər 4:3)
28 fevral
00:00. Ruan – Valansyen
29 fevral
23:45. Le Pyui – Renn
13 mart
00:10. PSJ – Nitsa