Məlum olduğu kimi Fransa Liqa 1-in 2024/2025-ci illər mövsümü başa çatıb və PSJ Fransa çempionu adını qazanıb.
Arena.az Fransa Liqa 1-in 2024/2025-ci illər mövsümün yekunlarını təqdim edir.
Beləliklə, 84 xalla yarışın qalibi PSJ növbəti mövsümün UEFA Çempionlar Liqasının Liqa mərhələsinə birbaşa vəsiqə əldə edib.
65 xalla 2-ci yeri tutmuş gümüş medalçı Marsel “Olimpik”i və 61 xalla 3-cü yeri tutmuş Knyazlıq təmsilçisi, bürünc medalçı “Monako” da növbəti mövsümün Çempionlar Liqasının Liqa mərhələsinə birbaşa vəsiqə qazanıblar.
60 xalla fəxri dördüncü yerin sahibi olmuş “Nitsa” isə növbəti mövsümün Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edərək, mötəbər yarışa qatılamağa çalışacaq.
60 xalla 5-ci yeri tutmuş “Lill” Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
57 xalla 6-cı yeri tutmuş Lion “Olimpik”i isə Konfrans Liqasının təsnifat mərhələsində yarışacaq. Əlavə edək ki, Lion təmsilçisi Avropa Liqasına da yollana bilər. Bunun üçün PSJ Fransa Kubokunu qazanmalıdır. Bu halda 57 xalla 7-ci yeri tutmuş “Strasburq” isə Konfrans Liqasına vəsiqə qazanacaq.
“Qapazaltılar” – 30 xalla 17-ci pillədə qərarlaşmış “Sent-Etyen” və 16 xalla 18-c pillədə qərarlaşmış “Monpelye” Liqa 1-dən aşağı dəsətəyə yuvarlanıblar.
33 xalla 16-cı pillədə qərarlaşmış “Reyms” isə Liqa 1-dəki yerini qorumaq üçün Liqa 2-nin hələ məlum olcaq müvafiq təmsilçisi ilə ələmə oyunları keçirəcək.
Fransa Liqa 1-in 2024/2025-ci illər mövsümünün ən sərrast futbolçusu PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele olub. Dembele 21 qol (penaltidən 1 qol) vurub. Eyni miqadarda qolla Marsel “Olimpik”inin 23 yaşlı ingilis sağ cinah hücumçusu Meyson Qrinvud fərləqnib (penaltidən 7 qol). Amma Dembele əlavə göstəricilərdə Qrinvudu üstələyib, həmçinin Usman 6, Qrinvud isə 5 məhsudlar ötürmə ilə fərqləniblər. Beləliklə, Dembele və Qrinvud müvafiq olaraq 27 və 26 xalla qollar və məhsudlar ötürmələrin cəmi üzrə ən yaxşı nəticəni göstəriblər.
Fransa Liqa 1-in 2024/2025-ci illər mövsümünün məhsuldar ötürmələr üzrə ən səmərəli futbolçuları isə “Oser”in 28 yaşlı fransalı sağ cinah hücumçusu Qaetan Perren və Lion “Olimpik”inin 21 yaşlı fransalı sağ cinah hücumçusu Rayan Şerki olublar.
Əlavə edək ki, PSJ 2024/2025-ci illər mövsümünün Çempionlar Liqasının finalına vəsiqə qazanıb və həlledici oyunda İtaliya nəhəngi “İnter”lə qarşılaşacaq. Final oyunun mayın 31-də Münhenin “Arena Münhen” stadionunda keçiriləcək.



