Almaniyanın “Frayburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Bundesliqa təmsilçisi gənc yarımmüdafiəçi Merlin Röhlü transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “İnqolştadt” klubundan transfer olunmuş futbolçu üçün qarşı tərəfə 2.9 milyon avro ödənilib. 20 yaşlı futbolçu ilə müqavilənin müddəti gizli saxlanılıb. Röhl yeni komandasında 34 nömrəli formanı geyinəcək.
Merlin Röhl “İnqolştadt”ın öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Almaniyanın U-18 və U-19 və U-29 yığmalarında da oynamış futbolçu, yetirməsi olduğu klubun əsas komandasında 49 oyuna 4 qol vurub.
“Frayburq”la “Qarabağ” arasındakı ilk oyun sentyabrın 8-də Almaniyada, ikinci matç isə noyabrın 3-də Bakıda baş tutacaq.


