Frenk Lempard “Koventri Siti” ilə yeni müqavilə imzaladı

Yeni mövsümdən İngiltərə Premyer Liqasında mübarizə aparacaq “Koventri Siti” baş məşqçisi Frenk Lempard ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubun rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məlumata görə, tərəflər arasında imzalanan yeni saziş 2028/2029 mövsümünün sonunadək qüvvədə olacaq. Bununla da Lempardın əvvəlki müqaviləsi daha iki il uzadılıb. Onun əvvəlki anlaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

48 yaşlı mütəxəssis 2024-cü ilin noyabrından “Koventri Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda ötən mövsüm Çempionşipin qalibi olaraq İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.

Frank Lempard məşqçilik karyerası ərzində daha əvvəl “Çelsi”, “Everton” və “Derbi Kaunti”də də çalışıb. O, 2023-cü ildə qısa müddət “Çelsi”də müvəqqəti baş məşqçi kimi də fəaliyyət göstərib.

Əfsanəvi yarımmüdafiəçi futbolçu karyerasında ən böyük uğurlarını “Çelsi”də qazanıb. O, London təmsilçisinin heyətində UEFA Çempionlar Liqasının, UEFA Avropa Liqasının, 3 dəfə İngiltərə Premyer Liqasının, 4 dəfə İngiltərə Kubokunun, 2 dəfə Liqa Kubokunun və 2 dəfə İngiltərə Super Kubokunun qalibi olub.

Lempard 648 oyunda vurduğu 211 qolla “Çelsi” tarixinin ən yaxşı bombardiri olaraq qalır. O, futbolçu kimi həmçinin “Vest Hem”, “Mançester Siti” və ABŞ klubu “Nyu-York Siti”də çıxış edib, İngiltərə millisinin formasını isə 106 oyunda geyinərək 29 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: