Bu gün keçiriləcək final oyunu ilə futzal üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşəcək.
Arena.az xəbər verir ki, həlledici qarşılaşmada “Araz-Naxçıvan” və “Neftçi” İK komandaları üz-üzə gələcəklər.
Final matçı Bakı İdman Sarayında baş tutacaq. Oyuna saat 16:00-da start veriləcək.
Xatırladaq ki, indiyə qədər “Neftçi” İK 7, “Araz-Naxçıvan” isə 6 dəfə ölkə kubokunun qalibi olub.
Mayın 18-də bu komandalar arasında baş tutmuş Yüksək Liqanın həlledici matçında “Araz-Naxçıvan” 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.
Futzal, Azərbaycan Kuboku
Final
21 may
16:00. “Araz-Naxçıvan” – “Neftçi” İK
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
Ehtiyat hakim: İmran Məhərrəmov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı.


