“Gəncə” amerikalı voleybolçu ilə gücləndi

Voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) mübarizə aparan “Gəncə” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, sözügedən klub Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan Vanessa Elena Qarsiya ilə müqavilə imzalayıb.

Amerikalı voleybolçu ilə müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.

Vanessa 2017-2022-ci illər aralığında ABŞ təmsilçisi “Biola University Eagle”, ötən il isə Almaniyanın “Prowin” klubunda çıxış edib.

Xatırladaq ki, “Gəncə” cari mövsümün yarısında iki rusiyalı voleybolçu – Anna Balberova və Anna Dmitriyeva ilə yollarını ayırıb. Gəncənin eyniadlı klubu heyətin formalaşdırılması istiqamətində işləri davam etdirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: