“Gəncə” Anna Dmitriyeva ilə də vidalaşdı

Azərbaycan Yüksək Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət “Gəncə” klubu daha bir oyunçusu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, Gəncənin eyniadlı təmsilçisi rusiyalı Anna Dmitriyeva ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Anna ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Anna Dmitriyeva cari mövsümün əvvəlində “Peterburq-Qaz” (Rusiya) klubundan transfer olunmuşdu.

“Gəncə” daha öncə digər rusiyalı voleybolçusu Anna Balberova ilə də yollarını ayırmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: