“Gəncə” barbadoslu oyunçu ilə gücləndi

Voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) mübarizə aparan “Gəncə” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, sözügedən klub barbadoslu oyunçu Tatyana Şonte Sili heyətinə qatıb.

Onunla bağlanmış müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.

Tatyana Şonte Sil ötən mövsümü ABŞ-ın “Norfolk State University” klubunda keçirib.

Xatırladaq ki, gəncəlilər bir müddət əvvəl ABŞ voleybolçusu Vanessa Elena Qarsiyanı da heyətə qatmışdılar.

“Gəncə” bu qış fasiləsi zamanı iki rusiyalı voleybolçu – Anna Balberova və Anna Dmitriyeva ilə yollarını ayırıb. Gəncənin eyniadlı klubu heyətin formalaşdırılması istiqamətində işləri davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: