“Gəncə” yeni kapitanının adını açıqladı

2023/2024 mövsümündə qadın voleybolçular arasında Azərbaycan çempionatında debüt edəcək “Gəncə”nin kapitanı dəyişib.

Arena.az xəbər verir ki, Gəncənin eyniadlı təmsilçisini Azərbaycan Yüksək Liqasının oyunlarına millimizin üzvü Leyla Parşkova çıxaracaq.

Daha əvvəl bu komandanın kapitanı Azərbaycan yığmasının digər üzvü Nərmin Fərəcova idi. Bir neçə gün əvvəl voleybolçu klub ilə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb.

Xatırladaq ki, “Gəncə” bu yay braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova, Anna Dmitrieva və Vitalina Andreyanenkovanı heyətinə qatıb. Komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: