Georgi Dermenciyev: “Böyük riskə getdik və…”

“Ludoqorets”in baş məşqçisi Georgi Dermenciyev Çempionlar Liqasının 3-cü raundunda “Qarabağ”a qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xatırladır ki, Bakıda keçirilmiş ilk oyunda 2:1 hesabıyla qalib gəlmiş Bolqarıstan çempionu öz meydanında darmadağına üzülüb – 2:7.

Qarşılaşmadan sonra Georgi Dermenciyev ağır məğlubiyyətlə bağlı bunları dilə gətirib:

“Çox ağır məğlubiyyətdir. Belə oyunu təhlil etmək çətindir. Çoxlu səhvlər etdik. Problem bunda idi. Erkən qol buraxdıq. Sonda böyük riskə getdik və çoxlu qollar oldu. Biz hesabda geri dönüş etmək istəsək də, pis oynadıq. Oyunçulara Avropada qələbə qazanmaq mədəniyyətinun vacibliyini dedim. Bu, zamanla yaranacaq. Belə oyunlardan çoxlu dərs almaq olar. Futbolçular özlərinə gəlməlidirlər. Başqa cür də ola bilərdi, amma təəssüf ki, reallıq budur. Pley-offdan kənarda qaldığımız üçün çox üzgünəm”.

Qeyd edək ki, bu qələbə sayəsində “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə qarşılaşmaq hüququ qazanıb. “Ludoqorets” isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək. Bolqarıstan çempionunu Moldovanın “Petrokub” komandası ilə oyunlar gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaş: