Həndbol: Favoritlər yenə sürprizə imkan vermədilər

Geridə qoyduğumuz həftənin son günlərində qadınlar arasında keçirilən həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. Arena.az xəbər verir ki, martın 11-də 15-ci turun, ötən gün isə 16-cı turun qarşılaşmaları keçirilib.

15-ci turda autsayder U-16 komandası ilə qarşılaşan “Qarabağ” gözlənildiyi kimi pərəstişkarlarını inamlı qələbə ilə sevindirib – 51:20. Bu turun “Azərsu” – “İdman Akademiyası” matçında da sürpriz qeydə alınmayıb. Oyun meydançaya favorit qismində çıxan nominal qonaqların 42:19 hesablı qələbəsi ilə nəticələnib.

16-cı turun görüşləri də eyni ssenari ilə yadda qalıb. Bu dəfə meydançaya ev sahibi kimi çıxan “Qarabağ” U-16-nı daha böyük hesabla məğlub edib – 46:12. “İdman Akademiyası” həndbolçuları isə “Azərsu” komandasına göz açmağa imkan verməyib – 42:14.

Hazırda “Azəryol” 34 xalla həndbol üzrə Azərbaycan çempionatının vahid lideridir. “İdman Akademiyası” ondan 8 xal geri qalır. “Qarabağ” 24 xalla üçüncüdür. “Azərsu”nun 9, U-16-nın 3 xalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: