Həndbol: Millimiz üçün Skopye sınağı

Həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində mübarizəyə başlayacaq.

Arena.az xəbər verir ki, milli komandamız ilkin təsnifat mərhələsindəki birinci matçını səfərdə keçirəcək.

Belə ki, komandamız Skopyedə Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Bu oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya yığmasını qəbul edəcək.

Həndbol millimizin qrupdakı digər rəqibi Litva kollektividir. Bu komanda ilə ilk oyun gələn ilin fevral ayının 28-də Bakıda olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: