17 yaşadək qızlardan ibarət həndbol üzrə Azərbaycan millisi (U-17) Kosovoda keçirilən “IHF Trophy” turnirində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, yığmamız bu dəfə Bolqarıstanla üz-üzə gəlib.
Kosovonun paytaxtı Priştinada keçirilən qarşılaşma millimiz üçün uğursuz alınıb. Komandamız bu dəfə 25:48 hesablı məğlubiyyətə üzülüb.
Xatırladaq ki, U-17 yığmamız iki gün əvvəl meydan sahibi Kosovoya da 8:49 hesabı ilə məğlub olmuşdu.
15 oktyabra qədər davam edəcək bu yarışda Kosovo və Azərbaycandan başqa, Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Böyük Britaniya və Gürcüstan yarışır. Azərbaycan millisi Kosovo və Bolqarıstanla bərabər A qrupunda yer alıb.


