“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının əsas mərhələsinin “Manako” ilə 1-ci tur oyunundan öncə iddialı açıqlama verib.
Arena.az məlumat verir ki, alman mütəxəssis “blauqrana”nın UEFA Çempionlar Liqasını qazana biləcəyini düşünür:
“Barselona” Çempionlar Liqasını qazana bilər. Belə böyük klub həmişə kuboklara köklənib. UEFA Çempionlar Liqası isə dünyanın ən mötəbər yarışıdır. Komandam ən yaxşılarla yarışmağa hazırdır”, deyə Hansi Flik vurğulayıb.
Xatırladaq ki, “Monako” – “Barselona” oyunu bu gün, sentyabrın 19-da baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


