“Hatayspor” 1/8 finala Dadaşovsuz vəsiqə qazandı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Türkiyə Kubokunun 1/16 final mərhələsi çərçivəsində aşağı liqa təmsilçisi “Sakaryaspor”la qarşılaşıb.

Hatay təmsilçisi bu rəqibini 5:1 hesabıyla məğlub edərək Türkiyə Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.

Renat bu görüşün iştirakçısı olmayıb. Əsas heyətin bəzi aparıcı üzvləri kimi, azərbaycanlı forvardın da adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. “Hatayspor” onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 16 oyun keçirib və 4 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: